7 avqust 2014 17:35

Lomaya: Cavab matçında azarkeşlər təxribata getməməlidi

"İnter"in futbolçusu Georgi Lomaya azerisport.az saytına müsahibəsində "Neftçi"nin "Çixura" ilə oyunundan, ilk matç zamanı baş verən münaqişədən danışıb.

- Gürcüstanın "Çixura" klubuyla "Neftçi" arasında ilk oyun 0:0 hesabıyla başa çatmışdı. İlk oyunda baş verənlər haqda, eləcə də cavab görüşü öncəsi fikirlərini bilmək maraqlı olardı...
- İlk oyun vaxtı məşqimiz olduğundan görüşə canlı baxmaq imkanı olmadı. Sonradan görüşün təkrarına baxdım. Hər iki komanda yaxşı oynadı. Demək olar ki, qol şansları çox idi. Sadəcə, futbolçuların qeyri-dəqiqliyinə görə qol olmadı. Matçda təhlükləli hücumlar yetərincə çox idi. Bununla belə cütün taleyi cavab görüşündə məlum olacaq. İlk oyuna görə proqnoz vermək olmaz.

- Cavab matçında şansları necə qiymətləndirirsən?
- Şanslar bərabərdi. Hətta deyərdim 0-0 hesabı daha çox "Neftçi"yə sərf edir. Özünüz düşünün, əgər ilk oyunda qollu heç-heçə olsaydı, "Çixura" cavab oyununa üstün durumda çıxacaqdı. Belə halda "Neftçi" daha şanslı olur. Səfərdə vurulan qolla duelin taleyini həll edə bilər. Bakıdakı oyunun qolsuz başa çatması ağ-qaraların lehinədi.

- Cavab görüşü Tiflisdə keçiriləcək. Bu oyunda anşlaq ola bilərmi?
- Cavab görüşü Mesxi adına stadionda olacaq. Fikrimcə, stadionda anşlaq olacaq. Ümid edirəm, mühafizə orqanları hər şeyi yüksək səviyyədə təşkil edəcək. İstəməzdik ki, ilk oyunda olan münaqişə təkrarlansın. Gürcüstan və Azərbaycan dost ölkələrdi. Münasibətlər tarixən yaxşı olub. Ona görə belə halların olması çox pisdi. Cavab matçında hər hansı bir münaqişənin olmaması üçün azarkeşlər təxribata getməməlidi, mühafizəçilər işini yaxşı görməlidi.

- Bakıdakı oyunda gürcü azarkeşlər Qax və Zaqatala ilə bağlı plakat çıxarmaqla münaqişəyə səbəb oldu...
- Həmin insanlar təxribatçı olub. İnanmıram ki, onlar azarkeş idi. Gürcüstanla Azərbaycanın münasibətlərinə kölgə salmaq istəyiblər. Belə hallar münasibətlərə təsir etməməlidi. Çoxlu sayda azərbaycanlılar Gürcüstana istirahətə yollanır. Bizlər gəlib Azərbaycanda işləyirik. Heç vaxt problem olmayıb. İndi onlar bizim əlaqələri korlamaq istəyib. Cavab görüşündə bizi maraqlı futbol gözləyir. Bütün fikrimizi yalnız futbola yönləndirsək, daha yaxşı olar.

- Gürcüstanda neçə qarşılandı bu münaqişə?
- Bütün tanışlarımız dediyim kimi düşünür. Biz iki dost dövlətik. İnsanlarımız da mehribandı. Görünür, kimlərsə bu mehribanlıqdan narahatdı. Ona görə futbolda belə təxribata əl atırlar. 

- "İnter"in çempionata hazırlığı nə vəziyyətdədi? "Elfsborq"la oyunu artıq unutmusuz?
- Həyat davam edir. Həmin gün məğlubiyyətə layiq deyildik. Bəxtimiz gətirmədi. Bizə qarşı qeyri-obyektiv qərarlar qəbul edildi. Bütün fikrimizi çempionata yönəltmişik. Hər zaman olduğu kimi bu mövsüm də iddialı olacağıq. Avrokuboklarda daha yaxşı çıxış edə bilərdik. Biz ikinci mərhələdə dayanmalı deyildik. Nə etmək olar? Futbolda bəzən istədiyin alınmır. 

- "Elfsborq"un "Hafnafyordur"la görüşünə baxmısan. "İnter" İsveç klubuna keçəcəyi təqdirdə bu rəqibi üstələyə bilərdi...
- Hesabdan xəbərim var. İlk görüşdə İsveç klubu inamlı qələbə qazandı. Əlbəttə, biz də həmin mərhələdə yaxşı oynaya bilərdik. Sadəcə, əgər avrokuboklarla vidalaşmışıqsa, indi o barədə düşünmək mənasızdı. Qarşıda bizi çətin çempionat və kubok oyunları gözləyir. Biz yeni sınaqlara hazır olmalıyıq. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.