7 avqust 2014 17:20
AFFA rəhbərliyi Çixura - Neftçi oyununda
UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün Tiflis şəhərindəki “Mixail Mesxi” adına stadionda "Çixura" - "Neftçi" oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq oyunu izləmək üçün AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün Tbilisi şəhərinə gedib. (AFFA)
Xatırladaq ki, AFFA və PFL rəsmiləri ötən gün Avstriyada keçirilmiş “Zalsburq” – “Qarabağ” matçını da canlı izləmişdi.
