7 avqust 2014 17:10
Kevin Kampl: Öncə Qarabağı yoxlamağa çalışdıq
Avstriya çempionu "Zalsburq"un futbolçusu Kevin Kampl UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:0 hesablı qələbəsini belə şərh edib:
“Biz oyunun əvvəlində rəqibi yoxlayırdıq. Bilmək istəyirdik ki, onlar necə hərəkət edəcəklər. Oyunun gedişində başa düşdük ki, istəyimizə nail ola bilərik. İlk qoldan sonra soyuqqanlılığımızı qoruduq. Komanda oyunu sayəsində istədiyimiz qələbəni qazandıq”.
Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyunda "Qarabağ" 2:1 hesabıyla qalib gəlmişdi.
