7 avqust 2014 16:35
AZAL hazırlığı davam etdirir
Topaz Premyer Liqasının 2014/15 mövsümünün ilk turunda AZAL “Xəzər Lənkəran”ı qəbul edəcək. Azerisport.az xəbər verir ki, “təyyarəçilər” avqustun 9-da “AZAL Arena”da keçiriləcək görüşə ciddi hazırlaşır.
Elə oyunun keçiriləcəyi arenada gündə bir dəfə olmaqla məşq edən komandada yüksək ab-hava hiss olunmaqdadı. Futbolçular baş məşqçi Tərlan Əhmədovun tapşırıqlarını səylə yerinə yetirir. Hazırlıq daha çox taktiki-texniki yöndə olur. Məşqdə müxtəlif ev tapşırıqları, kombinasiyalar, ani gedişlər üzərində iş gedir.
Qeyd edək ki, ilk oyunda itki olmaması sevindirici məqamdı. Belə ki, düşərgədə nə cəzalı, nə də zədəli futbolçu var. (klub saytı)
