7 avqust 2014 16:00
Bakının sabiq futbolçuları ispan klubuna keçə bilər
"Bakı"nın sabiq futbolçuları - Mario Alvareslə Ruben Qonzales karyerasını İspaniya Sequndasında davam etdirə bilərlər. Azerisport.az xəbər verir ki, hər iki futbolçunu "Osasuna" heyətinə qatmaq istəyir.
Hələ ki, danışıqlar davam edir və tərəflər yekun qərar qəbul etməyiblər.
İspaniya mətbuatının iddiasına görə, Alvaresin karyerasını Küveyt klublarından birində davam etdirmək şansı da var.
