7 avqust 2014 15:30

Zviad Siçinava: Bakıdakı qalmaqal qorxulu yuxu idi, onu unutmaq lazımdı

Gürcüstan Futbol Federasiyasının prezidenti Zviad Siçinavanın azerisport.az saytına müsahibəsi

- Yəqin ki, "Çixura" ilə "Neftçi" arasında baş tutan ilk oyunu izləmisiz və baş verənlərdən xəbəriniz var. Bu matç daha çox nə ilə yadınızda qaldı?
- Öncədən onu deyim ki, söz-söhbətsiz ailə olmur. Qonşu, iki qardaş ölkə olduğumuzu unutmamalıyıq. Bu, həmişə belə qalacaq. Baş verən olayların da əksəri emosionallıqdan irəli gəlir. Emosional adam çox axmaqlıqlar edə bilər. Əgər nəsə qaydasında getmirsə, bu, o demək deyil ki, bütövlükdə hər şey qaydasında deyil. "Çixura" və "Neftçi" azarkeşlərinə demək istərdim ki, bu, bir futbol oyunudu. Belə bir oyunu siyasiləşdirmək lazımsızdı. Bizim AFFA ilə nəinki əməkdaşlıq, hətta qardaşlıq münasibətlərimiz var. Həmkarım Rövnəq Abdullayev həm də bizim federasiyanın neçə illərdi sponsorudu. SOVAR-ın sayəsində biz özümüzü maliyyə baxımından inamlı hiss edirik. Bütün bunları çox yüksək qiymətləndiririk. AFFA-nın baş katibi Elxan Məmmədov mənə kiçik qardaş kimidi, onu, ailəsini çox sevirəm. Bütün bunların fonunda belə bir münaqişədən danışmaq mənə qətiyyən xoş deyil. Ümid edirəm ki, baş verənlərin hamısı ilk oyunda qaldı və bir daha təkrarlanmayacaq.

- Tiflisdə eyni olayların təkrar olunmayacağına əminsiz?
- Belə olaylar olmamalıdı. Olanları da unutmaq lazımdı. Hamımız səhv edə bilərik. Hər iki tərəfin öz fikirləri var, özünə haqq qazandırır. Halbuki, biz qardaşıq. Heç kim bu cür münasibəti bir plakata görə korlaya bilməz. Bu, bir reallıqdı. Həmin xəritə isə qorxulu bir yuxudu, onu da unutmaq lazımdı.

- Gürcü azarkeşlər Ələkbər Məmmədovun xatirəsini bir dəqiqəlik sükutla yad etməyə hazırdılar?
- Federasiya bununla bağlı öz başsağlığın verib. Azarkeşlərə gəlincə, buna mən cavab verməli deyiləm. Minlərlə azarkeşin yerinə cavab verə bilmərəm. Hər şey ola bilər. Hər bir sürüdə bir-iki qotur qoyun tapmaq mümkündü. Amma əsl azarkeş, normal insan belə bir məsələyə həmişə anlayışla yanaşmalıdı.

- Cavab oyunundan nə gözləyirsiz?
- Hiyləgərlik edib "Neftçi"yə azarkeşlik edəcəyimi deyə bilmərəm. Öz ölkəmin vətənpərvər oğlu kimi, komandamıza azarkeşlik edəcəm. Qoy güclü qalib gəlsin. UEFA bizim bu oyunda rasizmə qarşı plakatla çıxmağımızı tələb edib. Azərbaycan və Gürcüstan komandalarının oyununa belə bir plakatla çıxmağımız mənim üçün xoşagəlməz haldı. Bu, düzgün deyil. Bir-iki nəfərin yalnış hərəkətinə görə yaranan bu anlaşılmazlığa görə üzr istəyirəm. Bu gün Tiflisə mənim qardaşım Elxan Məmmədov da gələcək. Çoxdan idi onu görmürdüm. Ümid edirəm ki, siyasi heç bir məsələni müzakirə etməyəcəyik.

- İki ölkə arasındakı yaxşı münasibətlərdən danışırsız. Bəs niyə milli komandalar səviyyəsində yoldaşlıq görüşü keçirmirsiz?
- Belə bir danışıq olub. Amma hər iki ölkə yığması daha ciddi sınaqçı-rəqiblərlə qarşılaşmaq istəyir.

- Amma hərdən bu komanda özündən qat-qat zəif rəqiblərlə də qarşılaşır...
- Mənim qardaşım niyə zəif olmalıdı ki? (gülür) Biz belə bir yoxlama matçının əleyhinə deyilik. Belə bir təklif də olmuşdu. AÇ-2020-ni birgə təşkil etmək ideyası meydana gələndə çoxlu planlarımız var idi.

- Bakının AÇ-2020-nin oyunlarını qəbul etmək şansı var?
- 101%! Ümid edirəm ki, belə də olacaq. Bu, bizim regiona lazımdı.

- Bakı Olimpiya Stadionu barədə nə deyə bilərsiz?
- Bir müddət öncə orada olmuşdum. Şoka düşdüm. Möhtəşəm layihədi. Bakıdakı stadion AÇ-2020-nin ən yaxşı arenalarından biri olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.