7 avqust 2014 23:54

Neftçi Çixuranı üç qolla keçdi

Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin ikinci dərəcəli klub turnirindəki çıxışını davam etdirən yeganə təmsilçisi "Neftçi" də növbəti sınağına çıxıb.

Avroliqaya Azərbaycan Kubokunun qalibi kimi qatılan "Neftçi" mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb. Böyükağa Hacıyevin komandası bu mərhələdə Sloveniya "Koper"inə evdə uduzsa da (1:2), səfərdə 2 cavabsız qolla qalib gələrək, mərhələ adlamışdı. Bu mərhələdə isə təmsilçimizin rəqibi Gürcüstan "Çixura"sıydı. Hansı ki, bu komanda Avroliqanın ilk təsnifat mərhələsində Makedoniyanın "Turnovo" klubunu səfərdə 1:0, evdə 3:1 hesabıyla üstələmişdi. Növbəti qurban isə Türkiyənin "Bursaspor" klubu olmuşdu. Hər iki oyunda hesab açılmadığından qalib penaltilərlə müəyyənləşmişdi ki, 4:1 hesabıyla üstün olan "Çixura" "Neftçi" ilə qarşılaşmaq hüququ qazanmışdı.

İlk oyun qolsuz başa çatdığından, "Neftçi" cütün taleyinə səfər oyununda aydınlıq gətirməliydi. Bu mənada Böyükağa Hacıyevin komandasına Tiflisdə hətta qollu heç-heçə də bəs edəcəkdi. Amma Nforun het-triki nəticəsində komandamız qələbə qazanaraq, adını Avroliqanın pley-off mərhələsinin iştirakçıları siyahısına yazdırıb.

Avropa Liqası
Üçüncü təsnifat mərhələsi (cavab oyunu)
7 avqust

Çixura - Neftçi - 2:3 (1:3)
Qollar: E.Nfor, 16 (0:1), E.Nfor, 27 (0:2). G.Qabedava, 30 (1:2), E.Nfor, 38 (1:3), G.Qabedava, 51 (2:3).
Sarı vərəqə: Kaue, 20, K.Kardoso, 52, B.Bertuççi, 63, E.Yunuszadə, 69, G.Qabedava, 69, S.Məsimov, 74, G.Datunaşvili, 84, G,Rexviaşvili, 90+3.
Baş hakim: Tamaş Boqnar (Macarıstan).
Tiflis. "Mixail Mesxi" stadionu.
İlk oyun - 0:0.

ÇİXURA: 25. Maksime Kvilitaya, 8. Georgi Kimadze, 37. Şota Kaşiya, 80. Georgi Rexviaşvili, 7. Jambul Jigauri, 15. Georgi Koripadze (11. Tornike Mumladze, 79), 26. Georgi Datunaişvili, 49. David Odikadze (k), 9. Georgi Qabedava, 10. Laşa Kutçuxidze, 51. Besik Dekanoidze.
Ehtiyat oyunçular: 1. Zurab Mtskeraşvili, 5. Laşa Txelidze, 23. Aleksandr İvanişvili, 27. Qiqa Beçvaya, 71. Temur Nadiradze, 24. Laşa Çikvaidze.
Baş məşqçi: Samson Pruidze.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. Elvin Yunuszadə, 16. Bruno Bertuççi, 7. Araz Abdullayev (21. Samir Məsimov, 72), 9. Flavinyo (k), 10. Julius Vobay (25. Cavid İmamverdiyev, 83), 15. Erik Ramos, 18. Kaue, 19. Mirhüseyin Seyidov (27. Məqsəd İsayev, 63), 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 17. Nicat Qurbanov, 95. Elvin Bədəlov, 23. Ruslan Qurbanov.
Baş məşqçi: Böyükağa Hacıyev.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.