7 avqust 2014 02:35
Ansi Aqolli: Qarabağ bu dəfə yaxşı oynaya bilmədi
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Ansi Aqolli UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avsriya "Zalsburq"una qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 0:2 hesablı məğlubiyyətini belə şərh edib:
"Biz özümüzə inanırdıq. Amma lazım olan nəticəni qazana bilmədik. "Qarabağ" bu dəfə yaxşı oynaya bilmədi. "Zalsburq" doğma meydanda, öz azarkeşləri qarşısında daha güclü oynadı və layiqli qələbə qazandı".
Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyunda "Qarabağ" 2:1 hesabıyla qalib gəlmişdi.
