7 avqust 2014 02:15
Qarabağın azarkeşləri Ələkbər Məmmədovu andılar
Azərbaycan çempionu "Qarabağ"ın azarkeşləri UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"u ilə səfər oyununda bir neçə gün öncə dünyasını dəyişmiş veteran futbolçu Ələkbər Məmmədovu yad ediblər. Azerispot.az xəbər verir ki, qarşılaşmanı izləmək üçün arenaya təşrif buyurmuş fanatlar tribunada "Ələkbər Məmmədovun əziz xatirəsinə!!!" sözləri yazılmış plakat açıblar.
