7 avqust 2014 02:05
Qara Qarayev: Zədələr bütün planlarımızı korladı
Azərbaycan çempionu "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avsriya "Zalsburq"una qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, komandasının 0:2 hesablı məğlubiyyətini belə şərh edib:
"Görünür, növbəti mərhələyə adlamağımız qismət deyilmiş. Bu gün biz öz oyunumuzu göstərə bilmədik. Maksim Medvedev ilə İlqar Qurbanovun zədələri bütün planlarımızı korladı. Çox çətin idi".
Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyunda "Qarabağ" 2:1 hesabıyla qalib gəlmişdi.
