7 avqust 2014 14:01
Qəbələ Nizami Hacıyevlə yolları ayırdı
"Qəbələ" İdman Klubu qarşılıqlı razılaşma əsasında yarımmüdafiəçi Nizami Hacıyevlə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 2013/14 mövsümünün startından "qırmızı-qara" formanı geyinən futbolçu klubda sonuncu rəsmi oyununu Avropa Liqası turnirində "Şiroki Briyeq" komandasına qarşı keçirmişdi.
Nizami Hacıyev ötən mövsüm komandanın heyətində ölkə çempionatının bürünc medallarına sahib çıxmışdı.
