7 avqust 2014 01:45
Rövnəq Abdullayev də Zalsburq - Qarabağ matçını izlədi
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"u ilə səfər oyununu izləmək üçün sözügedən ölkəyə gedib. Azerisport.az xəbər verir ki, komandamızın 0:2 hesabıyla uduzduğu (ilk oyun 2:1) qarşılaşmanı AFFA prezidenti ilə yanaşı, baş katib Elxan Məmmədov, vitse-prezident Elşad Nəsirov, həmçinin PFL prezidenti Ramin Musayev də canlı izləyib.
