7 avqust 2014 13:45
Bolqarıstan yığması Bakıda qalacağı oteli müəyyənləşdirdi
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının rəqibi olan Bolqarıstan artıq millimizlə görüşün hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, Bolqarıstan Futbol Federasiyası sentyabrın 9-da keçiriləcək yeni tsiklin açılış matçı üçün Bakıda məskunlaşacaqları oteli də seçib.
Bolqarıstan mətbuatının yaydığı məlumata görə, sözügedən ölkənin yığması millimizlə səfər oyunu üçün Bakıya səfər edərkən "Marriott Absheron" otelində məskunlaşacaq.
Qeyd edək ki, Azərbaycan - Bolqarıstan matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
