7 avqust 2014 13:20
Neftçinin oyununda anşlaq olmayacaq
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə Gürcüstan "Çixura"sı arasındakı cavab oyununda anşlaq olmayacaq. Azerisport.az xəbər verir ki, bu qarşılaşmaya təxminən 10 000 azarkeşin gəlməsi gözlənilir.
Qeyd edək ki, bu gün keçiriləcək qarşılaşma Tilfisdəki "Mixail Mesxi" stadionunda baş tutacaq. Bu arena 26 min azarkeş tutumuna malikdi.
