6 avqust 2014 00:55
Rövnəq Abdullayev Qarabağı səfər oyununda da dəstəkləyə bilər
Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"u ilə səfər oyununu AFFA prezidenti Rövnəq Abdullayev də canlı izləyə bilər. Azerisport.az xəbər verir ki, onun bu qarşılaşma ilə əlaqədar olaraq, Zalsburqa yollanması gözlənilir.
Son məlumata görə, oyuna 19 000 bilet satılıb. Onun 600-ə yaxını isə azərbaycanlı azarkeşlər olacaq.
