6 avqust 2014 00:45
Ralf Ranqnik: Qarabağla cavab oyununda yaxşı dəstəyə ümid edirik
Avstriyanın "Zalsburq" klubunun idman direktoru Ralf Ranqnik Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ötən günədək 14 min bilet satılmışdı. Amma biz bu oyunda komandamızı 20 minə yaxın azarkeşin dəstəkləməsini gözləyirik. Hamı "Qarabağ" azarkeşlərinin öz komandalarını necə dəstəklədiyini gördü. Bu, hamı üçün nümunə olmalıdı. Biz həmin oyunda tribunaların kəskin təzyiqi ilə üzləşdik. Biz də cavab oyununda yaxşı dəstəyə ümid edirik".
