6 avqust 2014 12:35
XL AZAL matçının hazırlığını davam etdirir
Topaz Premyer Liqasının yeni mövsümünün açılış turunda səfərdə AZAL klubunun qonağı olacaq “Xəzər Lənkəran” hazırlığını paytaxtda davam etdirir. Azerisport.az xəbər verir ki, "ağ-yaşıllar" artıq 4 gündü ki, məşqlərini Bakıda keçirir.
Dünən “Dalğa Arena”da baş tutan axşam məşqində futbolçular məşqçilər korpusunun verdiyi müxtəlif toplu çalışmaları yerinə yetirib. Saat yarım davam edən hazırlıq yüksək əhval-ruhiyyə fonunda yekunlaşıb. Məşqlərdə bütün futbolçuların iştirak etməsi, zədəli futbolçunun olmaması məşqçilər korpusunu sevindirən başlıca məqamdı.
“Xəzər Lənkəran” avqust ayının 8-də matçın keçiriləcəyi saatda, ”AZAL Arena”da oyunöncəsi son məşqini keçirib matç saatını gözləyəcək. (klub saytı)
