6 avqust 2014 00:28
Kristian Şveqler: Reynaldonun yoxluğu sözünü deyə bilər
Avstriya "Zalsburq"unun müdafiəçisi Kristian Şveqler Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ" yaxşı komandadı. Çox güclü hücum xətti var. Əlbəttə, Reynaldonun yoxluğu sözünü deyə bilər. Doğma meydanda üstünlüyümüzdən yararlanmalı, qələbə qazanmalıyıq. Çempionat oyunlarındakı, Bakıdakı görüşün ikinci hissəsindəki kimi oynamalıyıq".
