6 avqust 2014 00:23
Risto Ristoviç: Ümid edirəm ki, Simurqla oyunadək pulumuzu verəcəklər
"Bakı"nın yarımmüdafiəçisi Risto Ristoviç Topaz Premyer Liqasının yeni mövsümü ərəfəsində klubunun üzləşdiyi vəziyyətə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizə cümə gününə kimi qalan borcların ödəniləcəyi bildirilib. Komanda və futbolçular maliyyə problemi ilə üzləşiblər. Ümid edirəm ki, "Simurq"la oyuna kimi pullarımızı alacağıq. Bu oyuna maliyyə barədə düşünmədən çıxmaq istəyirik".
