6 avqust 2014 12:15
Millimizdən daha bir qələbə
Avstriyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, "Rapid" (Vyana) klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb.
Qolu Mirkamil Həşimli vurub.
Xatırladaq ki, toplanış çərçivəsində ilk yoldaşlıq oyununu xorvatiyalı həmyaşıdları ilə keçirən futbolçularımız 1:0 hesabı ilə qələbə qazanmışdı. (AFFA)
