6 avqust 2014 11:30
Azərbaycan - Özbəkistan oyununu gürcülər idarə edəcək
Avqustun 20-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Özbəkistan yoldaşlıq oyununun baş hakimi gürcüstanlı FIFA referisi George Vadaçkoria olacaq. Azerisport.az xəbər verir ki, ona Levan Varamişvili və Levan Todria kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Ömər Paşayev yerinə yetirəcək.
