6 avqust 2014 21:10

Böyükağa Hacıyev: Sabah Bakıda bacarmadığımızı burada etməyə çalışacağıq

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Çixura"sına qarşı keçiriləcək cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Tiflisdə baş tutan mətbuat konfransında bunları söyləyib:

"Əvvəla bütün Gürcüstanı salamlayıram. Özümü Bakıdakı kimi hiss edirəm. Qafqazda Gürcüstan bizə ən yaxın ölkə olub. Gəncliyim də Gürcüstanla çox bağlıdı. Buradakı stadionlarda çox olmuşam. Azərbaycanda çoxlu Gürcüstanlı mütəxəssis işləyir".

"Sabah azarkeşlər yaxşı futbol şousu izləyəcəklər. Rəqib çox yaxşı müdafiə futbolu oynayır. Onlar güclü olmasaydılar, Türkiyə nəhənglərindən olan "Bursaspor"u mübarizədən kənarlaşdırmazdılar. "Çixura" müdafiə olunmağı sevirsə, biz də hücum futboluna üstünlük veririk. Elə ən yaxşı müdafiə də hücumdu".

"Rəqib bizi də "Bursaspor" kimi məğlub etmək istəyir. "Çixura" qorxulu rəqibdi. Bakıda qapıya yol tapa bilmədik. Ümid edirəm ki, buradakı oyunda fərqli olacaq. Rəqibin heyətində Puyol və ya Serxio Ramos oynayasaydı, onların səhv etməyəcəyini düşünərdim. Amma rəqibin belə bir müdafiəçis yoxdu. Hər bir insan kimi onlar da səhv edə bilərlər. Şansların bərabər olduğunu düşünürəm".

"Çixura" nə qədər qapanır qapansın, bu işə bir son qoyulmalıdı. Mən "Neftçi"nin şousundan danışa bilərəm. Rəqib nə qədər bizim oyunlarımızı izləyis izləsin, biz elə taktika seçəcəyik ki, onlar heç nə edə bilməsin. - "Çixura" sırf müdafiə futbolu oynayır. Amma "Koper" müdafiə olunsa da, bir qədər kombinasiyalı oyuna da üstünlük verirdi. "Çixura" isə hücumda yalnız cinahlara güvənir".

Gürcü jurnalistin qara sarğıyla oynamaqla bağlı sualının cavabında isə o, bunları söylədi: "Çox minnətdaram ki, bizim acımıza şərik olursuz. Hamınıza minnətdaram. Zamanı gələcək, hər şey qaydasına düşəcək. Düzdü, biz qara sarğıyla oynamaq üçün UEFA-ya müraciət etmişdik. Amma bu, Ələkbər Məmmədovun ölümü ilə bağlı idi".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.