6 avqust 2014 17:45
Çixura - Neftçi matçında təhlükəsizliyə xüsusi diqqət ayrılıb
Gürcüstanın gənclər və idman naziri Levan Kipiani Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində yerli "Çixura" ilə Azərbaycanın "Neftçi" klubu arasındakı cavab matçına hazırlıqla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, ötən gün bu matçda təhlükəsizlik və digər məsələlərə hazırlıqla bağlı Gürcüstan Futbol Federasiyasında görüş keçirildiyini bəyan edib:
"Təhlükəsizliklə bağlı müxtəlif məsələlər müzakirə olundu. Əlbəttə, bir neçə gün öncə baş vermiş hadisələr bu dəfə təkrarlanmamalıdı. Bizim təhlükəsizlik orqanlarımız, GFF, nazirlik hər şeyi diqqətdə saxlayır".
Qeyd edək ki, "Çixura" - "Neftçi" avqustun 7-də "Mixail Mesxi" stadionunda keçiriləcək.
