6 avqust 2014 16:55
Futbolçularımızın Qaziantep BB ilə hazırlığı davam edir
Futbol üzrə Azərbaycan yığmasının oyunçuları Vaqif Cavadov, Ufuk Budak, eləcə də Rəhman Hacıyev Türkiyənin "Qaziantep BB" klubunun heyətində növbəti mövsümə hazırlığı davam etdirirlər. Azerisport.az xəbər verir ki, PTT 1-ci Liqa təmsilçisi avqustun 30-31-də keçiriləcək ilk turun oyununa hazırlaşır.
Xatırladaq ki, "Qaziantep BB" yeni mövsümün açılış turunda "Boluspor"la qarşılaşacaq.
