6 avqust 2014 16:15
XL Sadiqovun keçidini rəsmiləşdirdi
"Xəzər Lənkəran" Futbol Klubu yarımmüdafiəçi Rəşad Sadiqovun keçidini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 30 yaşlı futbolçu karyerası ərzində "Şəfa", "MOİK", "Qarabağ" klublarında top qovub, son iş yeri isə paytaxtın "Neftçi" klubu olub. 2006-cı ildən etibarən Azərbaycan milli komandasının şərəfini qoruyur.
Futbolçu ilə "Xəzər Lənkəran" arasında 2 illik müqavilə imzalanıb.
