Flavinyo: Məndən qol gözləyin
"Neftçi"nin yarımmüdafiəçisi Flavinyonun azerisport.az saytına müsahibəsi
- Gürcüstana hansı ümidlərlə yollanırsız?
- Hər şeyə hazırıq. Bilirik ki, bizi çətin oyun gözləyir. Amma bu, bizə qələbə qazanmaq üçün problem olmamalıdı. Qələbə bir çox məqamlara görə bizim üçün vacibdi. İlk növbədə də bədxahların ağzını yummaq üçün.
- Təkcə bədxahların?
- Əlbəttə, biz azarkeşlərimizi ilk oyunda sevindirməyi çox istəyirdik. Amma alınmadı. Buna baxmayaraq, onlar bizim uğurumuza inanmalıdılar.
- Qələbəyə inandığınız hiss olunur. Bu əminlik hardandı?
- İlk oyun kimin daha güclü olduğunu göstərdi. Həmin oyunda yeganə çatışmayan qol vura bilməməyimiz idi.
- Cavab oyununda da "Neftçi" hücum edəcək, "Çixura" müdafiə olunacaq?
- Baş məşqçinin oyundan öncə bizə deyəcəyi taktikadan asılıdı. Mən eyni ssenarinin əleyhinə deyiləm. Amma bir fərqlə ki, bu dəfə qol vura bilək.
- Flavinyo hələ ki, avrokubokların əvvəlki oyunlarından ondan gözlənilən oyunu sərgiləyə bilmir. Niyə?
- Artıq dörd ildi eyni sualları alıram. Hər oyunda komandama faydalı olmağa çalışıram. Bundan sonra da elə olacaq.
- Vuracağınız qol komandanıza Tiflisdə çox kömək edə bilər...
- Məndən qol gözləyin. Qarşıdakı görüşdə fərqlənmək planlarıma daxildi.
