6 avqust 2014 14:30
Maksim Medvedev: Pley-off mərhələsinə çıxmaq istəyirik
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"una qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bilirik ki, çətin oyun olacaq. Rəqib 90 dəqiqə hücum etməyi bacaran komandadı. Amma biz də bura elə-belə gəlməmişik. Pley-off mərhələsinə çıxmaq istəyirik. Üzərimizdə heç bir psioxoloji təzyiq yoxdu. Ev oyununda rəqibimizi məğlub etmişik. Cavab oyununda bu üstünlüyü əldən verməməliyik".
