6 avqust 2014 14:15
Teli: Bakıya uğurlu nəticə ilə dönəcəyimizə inanıram
"Qarabağ"ın müdafiəçisi Admir Teli UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"una qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun olacaq. Rəqibin gücünə bələdik. Çox ambisiyalı komandadı. Amma Bakıya uğurlu nəticə ilə dönəcəyimizə inanıram".
