7 avqust 2014 01:22

Qarabağın ÇL macərası başa çatdı

UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin ən nüfuzlu klub turnirindəki təmsilçisi - son ölkə çempionu "Qarabağ" da növbəti sınağına çıxıb.

Ağdam klubu bu turnirdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlamışdı. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıydı. "Qarabağ" bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0 hesabı ilə üstələyərək, adını növbəti mərhələyə yazdırdı. Bu mərhələdə isə təmsilçimizin rəqibi Avstriya "Zalsburq"u idi. Bu komandanın mübarizəyə birbaşa üçüncü təsnifat mərhələsindən başlaması rəqibin necə ciddi klub olmasından xəbər verirdi.

Bakıda keçirilən ilk görüşdə 2:1 hesabıyla üstün olan komandamıza səfərdə mərhələ adlamaq üçün hətta istənilən hesablı heç-heçə də bəs edirdi. Amma təəssüf ki, Qurban Qurbanovun yetirmələri bu çətin vəzifənin öhdəsindən gələ bilmədi. İki cavabsız qola sevinən meydan sahibləri pley-offa yüksəldilər. "Qarabağ" isə mübarizəni Avropa Liqasının pley-off mərhələsində davam etdirməli olacaq.

Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi
(cavab oyunu)
6 avqust

Zalsburq - Qarabağ - 2:0 (2:0)
Qollar: M.Hinteregger, 18 (1:0), M.Hinteregger, 34 (2:0).
Sarı vərəqələr: M.Medvedev, 32, D.Dias, 36, T.Quliyev, 77, N.Yusifov, 88.
Baş hakim: Robert Madden (Şotlandiya).
Zalsburq. Red Bull Arena.
İlk oyun - 1:2.

ZALSBURQ: 31. Peter Qulaç, 4. Peter Ankersen, 17. Andreas Ulmer, 36. Martin Hinteregger, 5. Andre Ramalyo, 10. Sadio Mane, 13. Stefan İlsanker (8. Nabi Keyta, 73), 24. Kristof Leytqeb, 44. Kevin Kampl (77. Massimo Bruno, 86), 26. Conatan Soriano, 27. Alan (7. Marsel Zabitser, 79).
Ehtiyat oyunçular: 33. Aleksander Valke, 15. Frants Şyemer, 37. Valentino Lazaro, 42. Nils Kaşner.
Baş məşqçi: Adolf Hütter.
QARABAĞ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 18. İlqar Qurbanov (7. Namiq Yusifov, 20), 5. Maksim Medvedev (3. Tərlan Quliyev, 60), 25. Ansi Aqolli, 11. Danilo Dias (70. Çumbinyo, 55), 20. Riçard Almeyda, 41. Leroy Corc, 14. Rəşad Sadıqov (k), 55. Bədavi Hüseynov, 17. Vüqar Nadirov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 10. Muarem Muarem, 6. Hacı Əhmədov, 77. Cavid Tağıyev.
Baş məşqçi: Qurban Qurbanov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.