6 avqust 2014 01:10
Neftçinin oyunu 1 dəqiqəlik sükutla başlayacaq
“Neftçi” dünya miqyasında tanınan futbolçu Ələkbər Məmmədovun yaxın günlərdə vəfat etməsi ilə bağlı Avropa Liqasının üçüncü təsnifat mərhələsinin “Çixura” ilə Gürcüstanda keçiriləcək cavab oyununun 1 dəqiqəlik sükutla başlanması üçün UEFA-ya müraciət edib. Azerisport.az xəbər verir ki, UEFA bu məsələyə baxdıqdan sonra “Çixura” – “Neftçi” matçının 1 dəqiqəlik sükutla başlanmasına razılıq verib.
Qeyd edək ki, oyun avqustun 7-də keçiriləcək və Ələkbər Məmmədovun xatirəsi 1 dəqiqəlik sükutla anılacaq. (klub saytı)
