Vyaçeslav Sofroni: Bakıda pulsuz oynamağa da hazıram
"Bakı"nın sabiq futbolçusu Vyaçeslav Sofroni keçmiş komandasının hazırda üzləşdiyi ciddi problemlərlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən hazırda Moldovanın "Kostuleni" klubunda forma geyinirəm. Hərdən "Bakı"nı yada salıram. Onların hazırda maliyyə problemləri ilə üzləşməsinə təəccübləndim. Etiraf edim ki, bu, mənim üçün gözlənilməz oldu. Çünki "Bakı" superklub sayılırdı. Orada ən yaxşı futbolçular çıxış edirdi. Bəlkə başqa problemləri var? Etiraf edim ki, yenidən "Bakı"ya qayıtmağa və orada pulsuz oynamağa hazıram. Bu klub mənim üçün az şeylər etməyib. Mən o vaxt komandadan ayrılmaq istəmirdim. Amma Aleksandr Starkov məndən imtina etdi. Nurlan Novruzovla arabir əlaqə saxlayıram. O, yığma komandanın heyətində Moldovaya da gəlib".
