5 avqust 2014 00:23
Aslan Kərimovu Bakıdan Zalsburqa buraxmadılar
Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Aslan Kərimov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Avstriya "Zalsburq"u arasındakı cavab matçını izləmək üçün Zalsburqa getməliydi. Lakin azerisport.az xəbər verir ki, o, bu səfərə gedə bilməyib.
Belə ki, ötən gün Ağdam klubu ilə birgə Bakı Hava Limanına yollanan Kərimovun buradan Avstriyaya getməsinə icazə verməyiblər. Buna onun şengen vizasının müddətinin bitməsi səbəb olub.
