5 avqust 2014 12:15
Aslan Kərimovun əvəzində Avstriyaya Berti Foqts gedə bilər
Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"ın Avstriya "Zalsburq"u ilə səfər oyununa ezam olunan Aslan Kərimov viza problemi səbəbindən sözügedən ölkəyə yollana bilməyib. Azerisport.az saytına açıqlamasında o, bu məsələyə belə münasibət bildirib:
"Pasportumu səfərdən iki gün öncə əldə etmişdim. Viza məsələsi ilə U-15 yığmamızın administratoru məşğul olurdu. Heç vizamın olmamasından xəbərim də yox idi. Hazırda AFFA bu məsələ ilə məşğuldu. Əgər bu gün problem yoluna qoyulsa, Zalsburqa gedəcəm".
Qeyd edək ki, Kərimova viza açılması mümkün olmasa, onun əvəzində Avstriyaya Berti Foqts özü gedə bilər.
