5 avqust 2014 23:20
AFFA Qarabağ azarkeşləri üçün bilet aldı
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 6-da Zalsburq şəhərindəki eyniadlı stadionda keçiriləcək "Zalsburq" - "Qarabağ" oyununda təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün AFFA tərəfindən 500 ədəd bilet alınıb. Azerisport.az xəbər verir ki, biletləri əldə etmək istəyən azarkeşlər respublikamızın Avstriyadakı səfirliyinə və SOCAR-ın bu ölkədəki nümayəndəliyinə müraciət edə bilər.
