5 avqust 2014 23:00
AFFA hakim-inspektorlar üçün də seminar keçirir
Bu gün AFFA-nın inzibati binasında Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabarovun rəhbərliyi ilə Topaz Premyer Liqası və 1-ci divizionun oyunlarına təyinat alan hakim-inspektor və AFFA nümayəndələri üçün seminar başlayıb. Azerisport.az xəbər verir ki, avqustun 6-da başa çatacaq seminarda 70 nəfər iştirak edir. (AFFA)
