5 avqust 2014 11:34
AFFA Bakılını bağışladı
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclas keçirilib. Azerisport.az xəbər verir ki, iclasda “Bakılı ” (klubun Azərbaycan 1-ci divizionunda çıxış etmək hüququndan məhrum edilməsi barədə) tərəfindən daxil olmuş müraciətə baxılıb.
Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
“Bakılı” barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar dəyişdirilsin. Klubun 1-ci divizionda iştirakı təmin olunsun. “Bakılı” növbəti dəfə üzürsüz səbəbdən rəsmi oyunlarda iştirak etmədiyi təqdirdə 1-ci divizionda çıxış etmək hüququndan məhrum edilsin. (AFFA)
