5 avqust 2014 18:00
Reynaldo: Azərbaycan xalqını sevindirmək istəyirik
"Qarabağ"ın yarımmüdafiəçisi Reynaldo Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"una qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əlbəttə, çətin olacaq. Bunu yaxşı bilirik. Amma bura yaxşı nəticə qazanmaq üçün gəlmişik. İnanıram ki, uşaqlar mənsiz də yaxşı oyun göstərə və uğur qazana biləcəklər. "Zalsburq" güclü komandadı. Amma bizim də öz hədəflərimiz var. Azərbaycan xalqını sevindirmək istəyirik".
