5 avqust 2014 17:40
Məsimov: Mərhələ adlamaq üçün Bakıdakından daha yaxşı oynamalıyıq
"Neftçi"nin yarımmüdafiəçisi Samir Məsimov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Çixura"sına qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi asan oyun gözləmir. Amma cavab görüşünə yaxşı hazırlaşmışıq. Mərhələ adlamaq üçün Bakıdakından daha yaxşı oynamalıyıq. Biz bunu bacaracağıq".
