5 avqust 2014 17:30
Qarabağla Neftçiyə şans tanıyan yoxdu
İdman mərc oyunları operatoru “Topaz” futbol üzrə UEFA Çempionlar Liqasının və Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunlarına pul qoyuluşu etmək istəyənlər üçün əmsalları açıqlayıb. Azerisport.az xəbər verir ki, milli bukmeker kontorumuz bu turnirlərdə çıxışını davam etdirən "Qarabağ"la "Neftçi"nin də qələbə qazanmaq şanslarını dəyərləndirib.
"Topaz" hər iki klubumuzu rəqibləri ilə oyunlarda o qədər də şanslı hesab etmir.
Bu oyunların əmsalları ilə aşağıda tanış ola bilərsiz:
Zalsburq - Qarabağ (1,05 – 7,50 – 15,00)
Çixura - Neftçi (2,25 – 3,10 – 2,60)
