5 avqust 2014 16:30
Kamran Quliyev: Arenamızın yeni adı olacaq
"Sumqayıt" yeni mövsümdən ev oyunlarını yeni adı olan stadionda keçirəcək. Azerisport.az xəbər verir ki, Sumqayıt şəhər stadionu bundan sonra "Kapital Bank Arena" adlanacaq.
Klub prezidenti Kamran Quliyev bununla bağlı saytımıza açıqlamasında bunları söyləyib: "Biz "Kapital Bank"la hələ müqavilə imzalamamışıq. Amma bir illik anlaşma nəzərdə tutulub. Yaxın günlərdə bu müqaviləni rəsmiləşdirəcəyik. Ehtiyat stadionumuz "Bayıl Arena" olacaq. Mehdi Hüseynzadə adına şəhər stadionuna gəlincə, əsas komanda orada oynamayacaq. Bu stadionda klubumuzun uşaq-gənclər komandaları məşq edəcəklər. Eyni zamanda klubumuzun titul sponsoru olacaq".
