5 avqust 2014 16:05
Zalsburq - Qarabağ matçına 14 000 bilet satılıb
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Avstriya "Zalsburq"u arasındakı cavab matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, hazırda bu qarşılaşmaya 14 000 bilet satılıb.
Qeyd edək ki, matçın keçiriləcəyi "Red Bull Arena" 32 min azarkeş tutumuna malikdi.
