5 avqust 2014 15:35
Rail Məlikov: Dənizlispora keçirəm
Futbol üzrə Azərbaycan yığmasının və "Qəbələ"nin sabiq müdafiəçisi Rail Məlikov bəyan edib ki, o, karyerasını yenə Türkiyənin "Dənizlispor" klubunda davam etdirəcək. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu gün, ya da sabah müqavilə imzalayacağıq. Məni artıq "Dənizlispor"un oyunçusu hesab etmək olar. Burada hamı məni yaxşı tanıyır. "Dənizlispor"a əsas heyətdə oynamaq üçün keçirəm".
