5 avqust 2014 14:40
UEFA Reynaldonu bağışlamadı
"Qarabağ" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilmiş "Zalsburq"la ilk oyunda qırmızı vərəqə alan Reynaldonun cəzasının ləğvi ilə bağlı qitə futbol qurumuna müraciət etmişdi. Azerisport.az xəbər verir ki, UEFA artıq bu məsələ ilə bağlı qərarını açıqlayıb.
Gözlənildiyi kimi, qitə futbol qurumu "Qarabağ"ın müraciətini müsbət cavablamayıb. Nəticədə Reynaldonun cavab matçında oynamayacağı dəqiqləşib.
