5 avqust 2014 14:30
Böyükağa Hacıyev gürcülərin suallarını cavablandıracaq
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Gürcüstan "Çixura"sına qarşı keçirəcəkləri cavab oyunu öncəsi jurnalistlərin suallarını cavablandıracaq. Azerisport.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi gürcü jurnalistlərlə sabah görüşəcək və həmin mətbuat konfransı yerli vaxtla 18:30-da (Bakı vaxtı ilə 19:30) start götürəcək.
Komandamızın son məşqi isə bundan yarım saat sonra başlayacaq və Tiflisdəki "Mixail Mesxi" stadionunda həyata keçiriləcək.
