5 avqust 2014 14:20
UEFA Qarabağın meydana qara sarğı ilə çıxmasına icazə vermədi
Xəbər verdiyimiz kimi, Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"u ilə cavab oyununda meydana qara sarğı ilə çıxmaq üçün UEFA-ya müraciət etmişdi. Azerisport.az xəbər verir ki, Ağdam klubu eyni zamanda bu oyunda qara forma ilə oynamaq, oyundan öncə 1 dəqiqəlik sükut elan olunmasını istəyirdi.
Amma qitə futbol qurumu Ağdam klubunun bu istəklərinə müsbət cavab verməyib. UEFA rəsmiləri bunu siyasi məsələlərə qarışmaq istəməmələri ilə izah ediblər.
