5 avqust 2014 14:10
Hütter: Bakıda olduğu kimi, bizim azarkeşlər də stadionu tam doldurmalıdılar
Avstriya çempionu "Zalsburq"un baş məşqçisi Adolf Hütter UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizim bu oyunda ÇL-in pley-off mərhələsinə çıxmaq şansımız var. Amma bir şey dəqiqdi ki, bizi çox çətin matç gözləyir. Mütləq qələbə qazanmalıyıq".
Hütter bu oyunda azarkeşlərin dəstəyinə də ehtiyac duyduqlarını dilə gətirib: "Biz Bakıda tribunaların necə olduğunu gördük. Eyni ajiotajı öz arenamızda da görmək istəyirik".
Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyunda "Qarabağ" 2:1 hesabıyla qalib gəlmişdi.
