5 avqust 2014 01:20

Ansi Aqolli: Zalsburqa ÇL-in pley-off mərhələsinə adlamaq üçün gəlmişik

Azərbaycan çempionu "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"una qarşı keçirəcəkləri cavab matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- Avstriyaya səfər necə keçdi?
- Hər şey normaldı. Sakit gəldik çatdıq. Xüsusi yorğunluq yoxdu.

- "Qarabağ" səfər oyununda hansı nəticəyə ümid edir?
- Bura yaxşı nəticə qazanmaq üçün gəlmişik. Hər şey plan üzrə olmalıdı. Amma təbii ki, uğurlu nəticəyə nail olmaq çox çətin olacaq. Çünki rəqibimiz çox güclü komandadı.

- Səfərdə heç-heçəyə nail olmağınız realdı?
- Biz bura növbəti mərhələyə adlamaq üçün gəlmişik. Ancaq "Zalsburq"un da gücünə yaxşı bələdik.

- "Qarabağ" ilk oyunun ikinci hissəsini inamsız keçirdi. Bu, nə ilə bağlı idi?
- Biz artıq Bakıdakı oyunu unutmuşuq. İlk matçda qalib gəldik. Oyunun gedişində problemlərlə üzləşsək də, qələbə qazana bildik. Rəşad Sadıqovun meydana çıxmasından sonra müdafiədə daha inamlı oynamağa başladıq. Bədavi Hüseynov da yaxşı çıxış etdi.

- Sabah "Qarabağ"dan uğurlu nəticə gözləməyə dəyər?
- Bizim hədəfimiz də budu. Bunun üçün sonadək döyüşməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.