4 avqust 2014 12:55
Rəvan 3 qolla qalib gəldi
"Rəvan” mövsümlərarası fasilədə növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, iyulun 29-dan etibarən təlim-məşq toplanışının ikinci mərhələsinə start verən "aslanlar” AZAL klubunun əvəzedici heyəti ilə üz-üzə gəliblər.
Şüvəlanda "AZAL Arena”da baş tutan görüş "Rəvan”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın heyətində Aslan Hüseynov, Əli Bağırov və Məmməd Quliyev fərqlənib. (klub saytı)
