4 avqust 2014 00:45
UEFA Qarabağın müraciətini bu gün cavablayacaq
Xəbər verdiyimiz kimi, "Qarabağ" UEFA-ya məktub ünvanlayıb. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasının 3-cü seçmə mərhələsində "Zalsburq"la səfər matçında cəbhə xəttində həlak olan şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad etmək istəyir.
"Qarabağ" futbolçuları eyni zamanda meydana qara sarğıyla çıxmaq istəyir. Azərbaycan çempionunun müraciətinə bu gün - avqustun 4-də cavab veriləcək.
