4 avqust 2014 00:23
Lomaya: Gürcüstan ilə Azərbaycanın münasibətlərinə kölgə salmaq istəyiblər
"İnter"in qapıçısı Georgi Lomaya Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilmiş "Neftçi" - "Çixura" (Gürcüstan) matçında həmyerlilərinin qalmaqallı əməllərinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Həmin insanlar təxribatçı olub. İnanmıram ki, onlar azarkeş idi. Gürcüstanla Azərbaycanın münasibətlərinə kölgə salmaq istəyiblər. Belə hallar münasibətlərə təsir etməməlidi. Çoxlu sayda azərbaycanlılar Gürcüstana istirahətə yollanır. Bizlər gəlib Azərbaycanda işləyirik. Heç vaxt problem olmayıb. İndi onlar bizim əlaqələri korlamaq istəyib. Cavab görüşündə bizi maraqlı futbol gözləyir. Bütün fikrimizi yalnız futbola yönləndirsək, daha yaxşı olar".
